image-n1karobka_ads
image-123
image-1760960932-2023-12-23-10-34-277poanvjpwmvhogjnopmc_filebackend

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Tərtərdə vətəndaşları qəbul edəcək

image-ad_qayo_720x110px

Doğru.az xəbər verir ki, oktyabrın 24-də saat 9:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşlarla görüşəcək.

Qəbulda Tərtər, Şuşa, Ağdam, Ağcabədi, Bərdə, Füzuli və Xocavənd rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Nazirliyin məlumatına görə, müraciətlərdə qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Tərtər DAİM-ə (077-299-11-59) və ya Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzinə (1652) müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyət vəsiqələrini özləri ilə gətirməlidirlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki