image-n1karobka_ads
image-123
image-1753097944498155139_1200x630backend

Kənd təsərrüfatı naziri Qəbələdə vətəndaşları qəbul edəcək

image-ad_qayo_720x110px

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov iyulun 25-də saat 09:00-da Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzində Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayon sakinləri ilə görüşəcək.

Doğru.az xəbər verir ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətləri dinləniləcək və müvafiq tədbirlər görüləcək.

Qəbula yazılmaq üçün Qəbələ DAİM-ə (051-791-00-78) və ya Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə (1652) zəng etməklə qeydiyyatdan keçmək lazımdır. Vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki