image-n1karobka_ads
image-123
image-17534439376067126791_1200x630backend

Kənd təsərrüfatı naziri Qəbələdə vətəndaşlarla görüşdü – FOTO

image-ad_qayo_720x110px

Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzində Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşlarla görüş keçirib.

Doğru.az xəbər verir ki, görüşdə nazirliyin idarə və tabeli qurumlarının rəhbər şəxsləri də iştirak ediblər. Vətəndaşların müraciətləri əsasən işlə təminat, işğaldan azad olunmuş ərazilərdə torpaq sahəsinin ayrılması, heyvandarlıq təsərrüfatlarının həmin ərazilərə köçürülməsi, subsidiyaların ödənişi, tütün məhsulunun tədarükü və suvarma ilə bağlı məsələləri əhatə edib.

Nazir Məcnun Məmmədov hər bir vətəndaşı diqqətlə dinləyib, qaldırılan məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyəti şəxslərə tapşırıqlar verib. Müraciətlərin bir qismi yerində həll olunub, digərləri isə nəzarətə götürülüb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

DOĞRU.AZ

image-175344393765836194_1200x630image-17534439371740816050_1200x630 image-1753443937500083962_1200x630 image-17534439374825779_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki