image-n1karobka_ads
image-123
image-17265651351842249278_1200x630backend

Kənd təsərrüfatı naziri Şamaxıda vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov sentyabrın 23-də saat 09:00-da Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Doğru.az-a bildirilib ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə (051-454-03-85) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki