Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şəkidə nazirliyin regional bölmələrinin fəaliyyəti ilə tanış olub, təsərrüfatlara baxış keçirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Doğru.az-a verilən məlumata görə, nazir “Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi” MMC-nin Şəkinin Daşüz kəndində yerləşən camışçılıq təsərrüfatının fəaliyyəti ilə tanış olub.
Nazir Məcnun Məmmədov, həmçinin “Aqroservis” ASC-nin Çələbixan qəsəbəsi və Cəfərabad kəndlərində yerləşən regional nümayəndəliklərinə baxış keçirib, Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza, Sertifikatlaşdırma Mərkəzinin Şəki Regional Mərkəzinin, Aqrar Təlim Mərkəzinin regional bölməsinin, toxumçuluq laboratoriyasının, gübrə anbarlarının, texnika parkının fəaliyyəti ilə maraqlanıb.
Səfər çərçivəsində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Şəki dayaq məntəqəsində toxum anbarlarına, gübrə sınaqlarının aparıldığı qarğıdalı əkini sahələrinə, Şəki Toxum Emalı Zavoduna baxış keçirən nazir görülən işləri dəyərləndirib, tapşırıq və tövsiyələrini verib.
Məcnun Məmmədov, eyni zamanda, Vərəzət kəndində 8 hektar sahədə salınmış “Bioqarden” aqroekoturizm kompleksi ilə tanış olub, bu sahənin daha da inkişaf etdirilməsi üçün təkliflərini verib.
DOĞRU.AZ