image-n1karobka_ads
image-123
image-17446219015549138776_1200x630backend

Kənd təsərrüfatı naziri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

image-ad_qayo_720x110px

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov aprelin 18-də saat 09:00-da Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Tovuz, Şəmkir, Ağstafa, Qazax və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Doğru.az-a bildirilib ki, qəbul zamanı bu rayonlardan olan vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən Tovuz, Şəmkir, Ağstafa, Qazax və Gədəbəy sakinləri Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinə (070-2151421) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki