image-2000x150px
image-123
image-ads_atlas
image-1717582954100609297_1200x630backend

Kənd təsərrüfatı nazirinin müavini Füzulidə vətəndaşları qəbul edəcək

image-728x90px

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova iyunun 12-də, saat 10:00-da Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Doğru.az xəbər verir ki, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-577-44-83) zəng etməklə qeydiyyatdan keçə bilərlər. Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki