image-n1karobka_ads
image-123
image-17170744884532464731_1200x630backend

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Daşkəsəndə vətəndaşları qəbul edib, təsərrüfatlara başa çəkib – FOTO

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli mayın 30-da Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Daşkəsən rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Doğru.az xəbər verir ki, qəbulda vətəndaşların müraciətləri əsasən əkin subsidiyası, aqrar sığorta, toxumçuluq, texnika ilə təminat və digər məsələlərlə bağlı olub.

Aparat rəhbəri Azad Cəfərli hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Vətəndaş qəbulu başa çatdıqdan sonra Azad Cəfərli Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat və yeniliklər, iş prosesinin təşkili, yazlıq əkinlərin bəyanı prosesi ilə maraqlanıb, tövsiyə və tapşırıqlarını verib.

Daha sonra Azad Cəfərli rayonun Yuxarı Daşkəsən qəsəbəsində fermer Bəndər Əsgərovun arıçılıq təsərrüfatına baş çəkib, təsərrüfatda məhsuldarlıq göstəriciləri, məhsulun qablaşdırılması, satışın təşkili məsələləri ilə maraqlanıb.

Aparat rəhbəri Bayan kəndində fermer Etibar Əliyevə məxsus heyvandarlıq təsərrüfatının fəaliyyəti ilə də tanış olub, fermerlərlə heyvanların saxlanma və bəslənmə şəraiti, göstərilən baytarlıq xidmətinin keyfiyyəti barədə fikir mübadiləsi aparıb.

DOĞRU.AZ

image-17170744881515058221_1200x630 image-17170744881402428785_1200x630 image-17170744882977157848_1200x630 image-17170744881948057716_1200x630 image-17170744886423723168_1200x630 image-17170744884541034191_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki