image-n1karobka_ads
image-123
image-17465972252457742940_1200x630backend

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin vətəndaşlarla görüş qrafiki təsdiqlənib – FOTO

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, 2023-cü ilin sentyabr ayından başlayaraq Nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaşlarla görüşlər keçirilir.

Doğru.az xəbər verir ki, görüş zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılır, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülür.

Vətəndaşlarla görüş qrafikdə nəzərdə tutulmuş rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilir.

Görüşdə iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Görüşə gələnlər əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən 2025-ci ilin may ayı ərzində keçiriləcək vətəndaş qəbulları üzrə qrafiki təqdim edirik:

DOĞRU.AZ

image-2025_05_07_681af553e4341

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki