image-n1karobka_ads
image-123
image-1747807699121150689_1200x630backend

Kənd təsərrüfatında dövlət-vətəndaş dialoqu: Nazir müavini Ucarda əkin sahələrinə baxış keçirdi

Aqrar sahənin inkişafı və fermerlərin dəstəklənməsi istiqamətində həyata keçirilən islahatlar çərçivəsində Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov 20 may 2025-ci il tarixində Ucar rayonunda səfərdə olub. Səfər çərçivəsində o, vətəndaşlarla fərdi görüşlər keçirib, onların qayğı və təkliflərini dinləyib, eyni zamanda bir neçə kənd təsərrüfatı təsərrüfatında yerində baxışlar aparıb.

Nazir müavini ilk olaraq Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ucar və Bakıdan gəlmiş vətəndaşları qəbul edib. Görüşdə səsləndirilən müraciətlər əsasən işlə təminat, əkin subsidiyaları, kənd təsərrüfatı kreditləri və torpaq sahələrinin münbitləşdirilməsi ilə bağlı olub. Hər bir vətəndaşın fikrini diqqətlə dinləyən Sarvan Cəfərov onların müraciətlərinin tez bir zamanda qanunvericilik çərçivəsində həll olunması üçün aidiyyəti qurumlara konkret tapşırıqlar verib.

Prezidentin aqrar siyasətinə dəstək

Görüş zamanı Sarvan Cəfərov bildirib ki, Prezident İlham Əliyevin kənd təsərrüfatı ilə bağlı imzaladığı sərəncamlar bu sahədə ciddi keyfiyyət dəyişikliklərinə səbəb olub: “Bu gün dövlətin dəstəyi ilə aqrar sektor müasir mərhələyə qədəm qoyub. Biz fermerlərin yanında olmaqla onların dayanıqlı fəaliyyətini təmin etməyə çalışırıq.”

Nazir müavini, həmçinin Ucar DAİM-in kollektivi ilə görüşərək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindəki yeniliklər, əkin bəyanı prosesi və sistemli yanaşmalar barədə fikir mübadiləsi aparıb, prosesin daha effektiv təşkili üçün tövsiyələrini verib.

Fermerlərlə sahədə birbaşa təmas

Daha sonra Sarvan Cəfərov Ucar rayonunun Küçəkənd və Təzə Şilyan kəndlərində yerləşən təsərrüfatlara baş çəkib. Fermer Əhmədov Familin taxıl sahəsində və Məmmədov Məzahirin “Murrah” damazlıq camışçılıq təsərrüfatında aparılan işlərlə tanış olan nazir müavini, sahədə çalışan insanlarla səmimi söhbətlər aparıb. Görüşlər zamanı aqrar sahəyə dövlət dəstəyi mexanizmləri, çoxillik əkin subsidiyaları və heyvandarlığın inkişafı üçün həyata keçirilən proqramlar müzakirə edilib.

Fermerlər dövlətin diqqət və qayğısını yüksək qiymətləndirdiklərini bildirərək, yaradılan şəraitin istehsal imkanlarını artırdığını və regionun sosial-iqtisadi inkişafına müsbət təsir etdiyini vurğulayıblar.

Bu səfər bir daha sübut etdi ki, kənd təsərrüfatının inkişafı sadəcə bir sektorun deyil, həm də vətəndaş məmnuniyyətinin, ərzaq təhlükəsizliyinin və milli iqtisadiyyatın strateji sütunlarından biridir.

DOĞRU.AZ

image-17478076994845343183_1200x630 image-17478076993048243751_1200x630 image-1747807699179233909_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki