image-n1karobka_ads
image-123
image-colfhmxgfx4scynoaybay6sv3bhppolak26szjzdbackend

Kənddən Şəhərə” Yeni il yarmarkaları fəaliyyətə başlayıb – Fotolar

Kənd Təsərrüfatı Nazirliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Kənddən Şəhərə” Yeni il yarmarkaları təşkil edib. Bu gün paytaxtda fəaliyyətə başlayan yarmarkalar 30 dekabr tarixinədək davam edəcək.

Yarmarkalarda əvvəlcədən qeydiyyatdan keçmiş 42 regiondan 80-dən çox fermer iştirak edir. Onlar 100-ə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirirlər.

“Kənddən Şəhərə” Yeni il yarmarkalarının təşkilində əsas məqsəd bayramla əlaqədar şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını dolğun şəkildə qarşılamaq və fermerlər üçün alternativ satış kanalı yaratmaqdır.

Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Vətəndaşlar satışa çıxarılan istənilən məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün Səyyar Qida Laboratoriyasının xidmətlərindən faydalana bilərlər.

Qeyd edək ki, “Kənddən Şəhərə” Yeni il yarmarkalarında iştirak tamamilə ödənişsizdir. Burada fermerlər piştaxta, tərəzi, soyuducu, digər ləvazimat və avadanlıqlarla təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edilər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə təşkilatçı qurum tərəfindən loqistika dəstəyi göstərilir.

“Kənddən Şəhərə” Yeni il yarmarkaları aşağıdakı ünvanlarda keçirilir:

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı)

Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı).

DOĞRU.AZ

image-cl1suwf08h0fqxgrvh8qycvzhqdvjhc1kxnlpfu5 image-cwws9gnb9zzdhfyrbr2pgwq07ww7npb4ipk2rlth image-yhiq48wb0zpik84wzgnoitydiwdkxvfvzczfcqsf image-csq9j7htrpnuaaibb18ktpakzktuneu2j76twhy9 image-p4u8xdvgkfjzpugalfrvmaeppscpzfg4ittw0tcn

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki