Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinə KXDR-in ali dövlət mükafatı – Kim İr Sen ordenini təqdim edib.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Mükafatlandırma mərasimi iyunun 19-da Pxenyanda baş tutub. Kim Çen In qeyd edib ki, Putinə ordeni təqdim etmək onun üçün “böyük şərəfdir”. O, vurğulayıb ki, bu, Rusiya və Şimali Koreya arasında “münasibətlərin inkişafında xüsusi xidmətlərinə” görə Rusiya liderinə “sonsuz hörmət və etimadın” ifadəsidir.
Putinin KXDR-ə dövlət səfəri zamanı iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb.
Mənbə: A Haber