Kiyevin meri Vitali Kliçko Ukrayna prezidenti Vladimir Zelenskinin Valeri Zalujnını Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən uzaqlaşdırmaq qərarını böyük səhv adlandırıb.
O, İtaliyanın “la Repubblica” qəzetinə müsahibəsində fikirlərini bölüşüb.
“Biz sorğularda ən yüksək reytinqə malik olan Zalujnı kimi ən çox dəstəyə malik insanların ətrafında birləşməliyik”, – Kliçko bildirib.
Kiyev merinin sözlərinə görə, Zalujnı vəzifəsindən kənarlaşdırıldıqdan sonra Zelenski “hər bir ukraynalını şoka salan qərarının səbəbini açıqlamalı olub”. Kliçkonun sözlərinə görə, çoxları çaşqınlıq və ümidsizlik hiss edirdi.
Nəşrin yazdığına görə, mümkün istefası ilə bağlı şayiələri şərh edən Kliçko “uzun sükutdan sonra” “siyasi qüvvələrin və bütün vətəndaşların birliyinə ehtiyac olduğunu” bildirib.
Mənbə: Sputnik