image-n1karobka_ads
image-123
image-ria_5729286-pic_32ratio_900x600-900x600-68480backend

Krım almanlarının başçısı 1990-cı ildə Almaniya ilə bağlanmış müqaviləni ləğv etməyə çağırıb

Krım alman milli-mədəni muxtariyyətinin rəhbəri Yuri Hempel “Almaniyaya münasibətdə yekun nizamlanma haqqında” sazişi denonsasiya etməyə çağırıb.

Bu barədə RİA Novosti yazır.

Müqavilə 12 sentyabr 1990-cı ildə imzalanıb və iki üstəgəl dörd müqaviləsi kimi də tanınır. Almaniya Federativ Respublikası, Almaniya Demokratik Respublikası, Fransa, SSRİ, ABŞ və Böyük Britaniya tərəfindən bağlanmışdır.

İmzalanma Moskvada baş tutub.

Hempel bildirib ki, bu mövqe yarımadanın bütün alman icması tərəfindən dəstəklənir.

“Biz səmimi qəlbdən təəssüf edirik ki, müqavilənin 7-ci maddəsinin müddəaları heç vaxt yerinə yetirilməyib, əcdadlarımızın vətəni öz daxili və xarici işləri üzərində heç vaxt tam suverenlik əldə edə bilməyib”, – deyə muxtariyyət rəhbəri bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki