image-n1karobka_ads
image-123
image-upload-2021-09-09t030752z_1030423870_rc23mp9z3rji_rtrmadp_3_northkorea-parade-pic_32ratio_900x600-900x600-44491backend

KXDR-də Yenidən birləşmə tağı ləğv edilib

Pxenyanda “Vətənin birləşməsinin üç nizamnaməsinin abidəsi” ləğv edilib.

Bu barədə Rusiyanın KXDR-dəki səfiri Aleksandr Matseqora məlumat verib.

Onun sözlərinə görə, Şimali Koreya lideri Kim Çen In vurğulayıb ki, Seul vahid millət hissini itirməyə yönəlmiş siyasət yürütdüyü üçün Şimali və Cənubi Koreyanın birləşməsi qeyri-mümkün olub.

“Beləliklə, KXDR lideri iki Koreya dövlətinin birləşməsinin qeyri-mümkün olduğu vəziyyətə görə bütün məsuliyyəti Seul hakimiyyətinin üzərinə qoydu. Yeri gəlmişkən, o, Cənubi Koreya konstitusiyasında bütün yarımadanın Koreya Respublikasının ərazisi kimi göstərildiyini xatırladıb və bunu açıq-aşkar sinizm və təkəbbür faktı adlandırıb”, – Matseqora bildirib.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki