image-n1karobka_ads
image-123
image-0tecrxqofxdgg710q3xsztncvuw3rwhnaspk2ptd_640backend

La Liqa klubunun futbolçuları ölümdən döndülər

image-ad_qayo_720x110px

İspaniya La Liqasında çıxış edən “Kadis” klubunun futbolçuları faciədən son anda xilas olublar.

Belə ki, Kadis şəhərini təmsil edən futbol klubunun heyətinin olduğu təyyarə mühərrikində yaranan nasazlıq səbəbindən Sevilyada məcburi eniş edib.

Hadisə layner havaya qalxdıqdan 10 dəqiqə sonra baş verib.

Qeyd olunur ki, “Kadis”in futbolçuları və məşqçilər heyəti yoldaşlıq oyunu üçün Salvadora uçublar.

Hadisə nəticəsində heç kim xəsarət almasa da, futbolçuların sarsıntı keçirdiyi bildirilir.

Hətta klubun yarımmüdafiəçi Alexandro Fernandes İspaniya mətbuatına verdiyi qısa açıqlamada öləcəklərini zənn etdiyini bildirib:

“Biz artıq öləcəyimizi düşünürdük”.

Mənbə: Marca

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki