image-n1karobka_ads
image-123
image-20150226_zaf_x99_103-pic905-895x505-46064backend

Latviya prezidenti Rusiya və Belarusla sərhədi möhkəmləndirməyə çağırıb

Latviya Prezidenti Edqars Rinkeviçs bildirib ki, 2024-cü ildə respublikanın milli təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində işi davam etdirmək lazımdır.

LTV telekanalına müsahibəsində o, Belarus və Rusiya ilə şərq sərhədinin möhkəmləndirilməsini prioritet məqsədlərindən biri adlandırıb.

Onun sözlərinə görə, bu, “hərbi infrastruktur” baxımından edilməlidir, çünki hasarın özü hərbi işğal təhlükəsindən qoruna bilməyəcək. Prezident vurğulayıb ki, hasar hibrid təhlükənin qarşısını almaq üçün lazımdır.

Rinkēvičs bildirib ki, mülki müdafiə sistemlərinin tətbiqi də işlənib hazırlanmalıdır.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki