Latviyada Rusiya dövlət nömrə nişanlı avtomobillər üçün məhdudiyyət tətbiq edilib.
Bu barədə “Kommersant” yazır.
Belə avtomobillərin sahiblərini cərimə və ya müsadirə gözləyir.
“Respublika parlamentinin qərarı fevralın 15-də qüvvəyə minir, o, hələ noyabrda qəbul edilmişdi, bu müddət ərzində avtomobil çıxarılmalı və ya yenidən qeydiyyata alınmalı idi. Cümə axşamından etibarən Rusiya dövlət nömrə nişanlı avtomobillərin sahibləri müsadirə olunacaq və ya 750 avrodan 2 min avroya qədər cərimə olunacaqlar”, – deyə məlumatda bildirilir.
Rusiyada qeydiyyatda olan avtomobillərin Latviyada olmasına qadağa noyabrın 2-də qəbul edilib.