image-2000x150px
image-123
image-ads_atlas
image-20231205_gaf_rl07_010-pic_32ratio_900x600-900x600-40645backend

Latviyada yaşayan ruslar onlara qarşı ədalətsiz münasibətdən danışıblar

image-728x90px

Latviyada yaşayan ruslar yerli hakimiyyətin hərəkətlərindən qorxurlar.

Bu barədə New York Times-ın köşə yazarı Endryu Hiqqins məlumat verib.

Jurnalist bunu sakinlərin böyük əksəriyyətinin rusdilli olduğu Dauqavpils şəhərində olarkən öyrənib. Belə ki, o, Rusiya vətəndaşlığı olan 63 yaşlı yerli sakinlə danışıb. O, bütün ömrünü Latviyada keçirdiyini, lakin bu payızda yaşamaq hüququndan, dövlət təqaüdündən və tibbi xidmətdən məhrum olduğunu bildirib. Qadın bu barədə xəbər tutanda şokdan huşunu itirdiyini qeyd edib.

Həmçinin digər sakinlər rusdillilərin vətəndaşlıqdan məhrum edildiyini bildiriblər. Üstəlik, yaşlı insanlar latış dilini öyrənməyə məcburdurlar, lakin bu, onlar üçün çətindir. Amerikalı jurnalist rusların bu münasibətdən qəzəbləndiyini bildirib.

“Baltikyanı ölkələrdə rusdillilər qorxu və təşviş içində yaşayırlar” deyə Higgins yekunlaşdırıb.

Mənbə: Gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki