Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskva heç vaxt Avropa İttifaqı və ya Şimali Atlantika Alyansı (NATO) ölkələrinə hücum etməyib və belə bir niyyəti də yoxdur.
Doğru.az xəbər verir ki, Avrasiya təhlükəsizliyi üzrə III Beynəlxalq Konfransın yüksək səviyyəli plenar iclasında çıxış edən Lavrov Rusiyanın bu məsələ ilə bağlı mövqeyini dəfələrlə açıqladığını vurğulayıb.
“Biz dəfələrlə bəyan etmişik ki, NATO və ya Avropa İttifaqının hazırkı üzvü olan heç bir ölkəyə hücum etmək niyyətimiz olmayıb və yoxdur”, – deyə Lavrov bildirib.
Nazirin sözlərinə görə, Rusiya bu mövqeyini gələcək təhlükəsizlik zəmanətlərində rəsmi şəkildə təsbit etməyə hazırdır. Lakin Aİ liderləri bu təklifləri kollektiv şəkildə müzakirə etməkdən yayınırlar.
Bundan əlavə, Rusiya diplomatiyasının rəhbəri qeyd edib ki, Qərb açıq şəkildə yeni böyük Avropa müharibəsinə hazırlaşır.
DOĞRU.AZ




























