image-2000x150px
image-1415832backend

Lerikdə meşədə baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

image-728x90px

Lerik rayonu, Haftoni kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

Yanğın zamanı bir hektar sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.

21 avqust, 17:09

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lerik rayonu, Haftoni kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən dağlıq ərazidə 1 ha sahədə quru ot, kol-kos və ağac kötükləri yanır.

Əlavə məlumat veriləcək.

15:31

Lerik rayonunun mürəkkəb relyefli dağlıq ərazisindəki meşə sahəsində yanğın hadisəsi baş verib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, hazırda nazirliyin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının söndürülməsi üçün çalışırlar.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki