image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210709_220112_820backend

Lerikdə “Relax” istirahət mərkəzinin çayçısının meyiti dağ çayında tapılıb

image-728x90px

İyulun 9-da saat 18 radələrində Lerik rayonu ərazisində ‘Relax’ istirahət mərkəzində çayçı işləyən, Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar edilib.

Lerik rayon prokurorluğundan APA-ya verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Anar Sücayevin ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin olunub.

Faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma aparılır.

İctimaiyyətə ətraflı məlumat veriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki