image-n1karobka_ads
image-123
image-upload-2022-09-13t191552z_183803867_up1ei9d1hiees_rtrmadp_3_soccer-champions-bay-fcb-report-pic_32ratio_900x600-900x600-67217backend

Levandovski “Barselona”da insana çevrildiyini bildirib

image-ad_qayo_720x110px

AS xəbər verir ki, kataloniyalı “Barselona”nın hücumçusu Robert Levandovski klubda xoşbəxt olduğunu bildirib.

“Barselonada, komandada, şəhərdə, ailəmlə birlikdə çox xoşbəxtəm. Barselonaya qədər mən “maşın” idim, burada daha çox insan oldum. Mənim burada iki illik müqaviləm var, uzadılma opsiyam var”, – Levandovski deyib.

Qeyd edək ki, Levandovski 2022-ci ildə “Barselona”nın oyunçusu oldu və “Bavariya”dakı səkkiz ilindən sonra İspaniya klubuna qoşuldu. İspaniya çempionatının cari mövsümündə polşalı hücumçu dörd matçda iştirak edib və bu oyunda iki qol vurub və bir məhsuldar ötürmə edib.

Mənbə: TRT Spor

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki