image-n1karobka_ads
image-123
image-6906e2a302e8bd41d3293f85backend

Lionda laboratoriya qarət olundu – şübhəlilər saxlanılıb

image-ad_qayo_720x110px

Altı cinayətkar Lion şəhərindəki Pourquery Laboratory zavodunda qiymətli metalların emalı laboratoriyasını qarət edib.

Doğru.az xəbər verir ki, hadisə oktyabrın 30-da baş verib.

Məlumata görə, quldurlar sayrışan işıqları olan avtomobillə gəlib və partlayıcı vasitəsilə iki pəncərəni sındırıblar. Şahidlər bildiriblər ki, oğurluq cəmi yeddi dəqiqə çəkib və şübhəlilər qollarına sarı və ya narıncı sarğı taxmışdılar. Onların bir neçə nəfəri avtomat silahla silahlanmışdı. Həmin şəxslər oğurladıqları əşyaları kiçik furqona yükləyərək hadisə yerindən qaçıblar.

Daha sonra şübhəlilər saxlanılıb.

Qeyd edək ki, oktyabrın 19-da Parisdəki muzeydən III Napoleon və həyat yoldaşının kolleksiyasından qızıl-zinət əşyaları oğurlanmışdı. Fransa Mədəniyyət Nazirliyi Luvrdan səkkiz zinət əşyasının oğurlandığını təsdiqləyib. Bu oğurluqdan dəyən ziyanın məbləği 88 milyon avro qiymətləndirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki