image-ads_n1karobka_mobile
image-69f4f74902e8bd30ba48860abackend

Livan: eskalasiyadan bəri minlərlə itki qeydə alınıb

Livan Səhiyyə Nazirliyi hərbi gərginliyin artmasından sonra mülki itkilərlə bağlı yeni rəqəmlər açıqlayıb.

Doğru.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Bildirilib ki, 2 martdan bəri başlayan hərbi eskalasiya nəticəsində həlak olan mülki şəxslərin sayı 2618-ə, yaralıların sayı isə 8094-ə çatıb. Nazirliyin məlumatına görə, ümumilikdə 2000-dən çox livanlı İsrail hücumlarının qurbanı olub.

Qeyd edək ki, daha əvvəl Nəbatiyyə şəhəri yaxınlığında baş verən pilotsuz uçuş aparatı hücumu nəticəsində dörd nəfərin həlak olduğu bildirilmişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki