Okaz Sports xəbər verir ki, “Liverpul”un hücumçusu Mohamin Salah Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçməyə yaxındır.
Artıq futbolçunun transfer dəyəri razılaşdırılıb. Sentyabrın 1-də Salah tibbi müayinədən keçmək üçün şəxsi təyyarəsi ilə Səudiyyə Ərəbistanına uçmalıdır.
Salah ötən mövsüm “Liverpul”un heyətində Premyer Liqada 38 oyuna çıxıb, 19 qol vurub və 12 məhsuldar ötürmə verib. Transfermarkt portalının məlumatına görə, misirlinin bazar dəyəri 65 milyon avrodur.Onun “Liverpul”la müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Mənbə: NTV Spor