image-2000x150px
image-123
image-ads_atlas
image-ap_18227359963647-pic905-895x505-43172backend

Londonda kimyəvi hücum olub

image-728x90px

Londonda naməlum təcavüzkar yoldan keçənlərə kostik kimyəvi maddə ilə hücum edib, ikisi azyaşlı uşaq da daxil olmaqla 9 nəfəri xəstəxanaya göndərib.

“Daily Mail” xəbər verir ki, bu barədə Metropoliten polisi məlumat yayıb.

Hadisə Klapham bölgəsindəki Lessard prospektində baş verib.

Zərərçəkənlərin köməyinə gələrkən xəsarət alan iki uşaqlı ana və daha 3 nəfər xəstəxanaya yerləşdirilib. Üç polis əməkdaşı da tibbi yardıma müraciət edib.

Şahidlərdən birinin sözlərinə görə, yaralı qadın qışqırıb: “Gözlərim! Mənim gözlərim!”

Polisin ilkin məlumatına görə, qadına və uşaqlarına naməlum kimyəvi maddə atılıb. Hadisə yerindən qaçan bir nəfər də görünüb. Polis hücumçunu yaxalamaq və hadisənin şəraitini aydınlaşdırmaq üçün helikopter də daxil olmaqla bütün resurslardan istifadə edib.

Mənbə: haber global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki