image-ads_n1karobka_mobile
image-68f5c7e002e8bd36bf41090bbackend

Macarıstan Aİ-nin Ukraynaya hərbi yardım planına qarşı çıxacaq

image-add-a-heading

Macarıstan Avropa İttifaqının Lüksemburqda keçiriləcək iclaslarında Ukraynaya hərbi yardımın göstərilməsinə qarşı çıxmaq niyyətindədir.

Doğru.az xəbər verir ki, bu barədə Macarıstanın Xarici İşlər və İqtisadi Əlaqələr naziri Peter Siyarto sosial şəbəkədə məlumat yayıb.

Nazirin sözlərinə görə, Aİ Xarici Əlaqələr Şurası Kiyevə daha çox maliyyə və silah yardımı göstərməklə bölgədəki hərbi atmosferi daha da gərginləşdirməyi planlaşdırır.

“Bu, asan olmayacaq,” – deyə Siyarto qeyd edib.

Bundan əvvəl o, “RT” telekanalına müsahibəsində Budapeştin Şərqlə Qərb arasında sivil əməkdaşlıqda maraqlı olduğunu vurğulamışdı.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki