image-ads_n1karobka_mobile
image-shutterstock_370698665-pic_32ratio_900x600-900x600-83991backend

Macarıstan baş nazirinin müttəfiqləri ABŞ-da Ukrayna ilə bağlı görüş keçirəcək

Macarıstanın baş naziri Viktor Orbanın tərəfdarları bazar ertəsi Vaşinqtonda qapalı ikigünlük toplantıya başlayacaq və bu toplantıda ABŞ Respublikaçılar Partiyasının nümayəndələri ilə birlikdə Kiyevin maliyyələşdirilməsinin dayandırılmasını müzakirə edəcəklər.

Bu barədə “The Guardian” mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Macarıstan baş nazirinin tərəfdarları Vaşinqtonda ABŞ Respublikaçılar Partiyasının nümayəndələri ilə qapalı görüş keçirəcəklər. Onlar Amerikanın Ukrayna tərəfinə hərbi dəstəyinə son qoymağı planlaşdırırlar.

Nəşrin ABŞ Respublikaçılar Partiyasından olan mənbəsi vurğuladı ki, fraksiya nümayəndələrinin bəziləri dekabrın 12-də qapalı danışıqlara dəvət olunub.

Mənbə: Lenta.ru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki