Macarıstan Çexiya və Slovakiya ilə birgə Avropa İttifaqı daxilində Ukraynaya skeptik alyans yaratmaq niyyətindədir.
Doğru.az xəbər verir ki, bu barədə “Politico” Macarıstanın baş naziri Viktor Orbanın siyasi direktoruna istinadən məlumat yayıb. Direktor bildirib ki, Ukraynaya şübhə ilə yanaşan alyansın yaradılması baş verəcək.
Məlumata görə, Orban dekabrda keçiriləcək Aİ sammitinə qədər ANO hərəkatının lideri Andrey Babiş və Slovakiyanın baş naziri Robert Fiko ilə Ukrayna ilə bağlı mövqeləri əlaqələndirməyə ümid edir. Qeyd edək ki, Orban daha əvvəl Aİ-nin Rusiya ilə danışıqlara getmək istəməməsini fəlakətli səhv adlandırmışdı.
DOĞRU.AZ




























