Aİ-nin Ukrayna ilə danışıqlara başlamaq qərarı macarlar üçün iqtisadi nəticələrlə təhdid edərsə, Budapeşt “əl əyləcini basacaq”.
Bu barədə Macarıstanın baş naziri Viktor Orban Kossuth radiosunda məlumat verib.
Macarıstan lideri bildirib ki, ölkəsi Ukrayna ilə bağlı qərarlara görə pul ödəməyəcək və eyni zamanda bu məsuliyyəti Aİ-nin üzərinə qoyub, çünki Kiyevin maliyyələşdirilməsi ilə bağlı qərarları məhz məhz özü verir. O, Macarıstan iqtisadiyyatının maraqlarını müdafiə edəcəyini bəyan edib.
“Məsələn, kənd təsərrüfatında macar fermerlərin maraqlarını qorumaq üçün lazım olan bir vəziyyət yaranarsa, Macarıstan əl əyləcini basacaq” dedi Orban.
Mənbə: A Haber

























