image-2000x150px
image-123
image-ads_atlas
image-2023-12-13t091743z_817270070_rc28w4abex4c_rtrmadp_3_ukraine-crisis-eu-orban-pic_32ratio_900x600-900x600-98059backend

Macarıstanın baş naziri yeni dünya düzəninin formalaşdığını açıqladı

image-728x90px

Macarıstanın baş naziri Viktor Orban Qərbin hegemonluğunun sona çatdığını və yeni dünya nizamının formalaşdığını bildirib.

Doğru.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Orbanın sözlərinə görə, bu gün heç kim Qərb hegemonluğunun sona çatması ilə mübahisə etmir. O əlavə edib ki, yaranmaqda olan yeni dünya düzənində situasiyaları daim qiymətləndirmək və təhlil etmək lazımdır.

Bundan əvvəl Orban demişdi ki, onun başlatdığı proksi müharibədə Qərbin Rusiyanı məğlub etmək şansı yoxdur.

O, bir daha danışıqlar prosesinə təcili keçidin zəruriliyinə diqqət çəkərək vurğuladı ki, Ukraynada söhbət konkret olaraq Rusiya ilə Qərb ölkələri arasında müharibədən gedir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki