Rusiya ilə NATO ölkələri arasında birbaşa toqquşmanın qarşısını almaq üçün mümkün olan hər şeyi etmək lazımdır.
Doğru.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto RİA Novosti agentliyinə müsahibəsində yüksək rütbəli alman zabitlərinin Krım körpüsünə mümkün hücumla bağlı söhbətini şərh edərkən bildirib.
Diplomat xatırladıb ki, əvvəllər Şimali Atlantika Alyansı Ukraynadakı münaqişəyə müdaxilə etməmək qərarına gəlib. Onun sözlərinə görə, bu qərar hələ də qüvvədədir.
DOĞRU.AZ