Macarıstanın xarici işlər naziri Peter Szijarto Ukraynadakı münaqişənin həlli üçün “Sülh Dostları” qrupunun yaradılması məqsədindən danışıb.
Bunun məqsədi dünyaya əksər ölkələrin sülh tərəfdarı olduğunu göstərməkdir. Ümid edirik ki, “Dünyanın Dostları” qrupu böyük olacaq, güclü olacaq, dünyanın səsini eşitdirəcək”.
O, həmçinin ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra atmosferin dəyişəcəyinə və sülhyönümlü yanaşmanın üstünlük təşkil edəcəyinə ümid etdiyini bildirib.
Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, ölkə nümayəndələri bütün forum və platformalarda Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin zəruriliyindən danışmağa davam edirlər.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransa və İsveçrənin Sülh Dostları qrupunun iclasında iştirakının ona qəribə göründüyünü bildirib.
Mənbə RİA Novosti