image-2000x150px
image-123
image-ads_atlas
image-5f5d364b-e9f9-449b-88fb-5cfb8fd06350backend

Madonna müalicədən sonra səhnəyə qayıdır

image-728x90px

Madonna bakterial infeksiya səbəbiylə xəstəxanaya yerləşdirildikdən həftələr sonra təxirə saldığı “Celebration” turunu bərpa edəcəyini açıqlayıb.

“Son bir neçə həftə ərzində inanılmaz dəstəyinizə və səbrinizə görə bir daha təşəkkür edirəm! Yenidən işlənmiş tur cədvəlinin yaxın bir neçə gün ərzində təqdim ediləcəyini bildirməkdən məmnunam! Tezliklə layiqli şənlikdə görüşənədək!” – müğənni “Twitter”də yazıb.

Xatırladaq ki, yanvar ayında müğənni bu il musiqi karyerasının 40 illiyi şərəfinə dünya turnesinə çıxacağını açıqlamışdı. 35 şəhərdən ibarət Şimali Amerika turunun başlanğıcı iyulun 15-də Vankuverdə olmalı idi. Nyu-York, Mayami və Los-Ancelesdəki çıxışlarından sonra müğənni oktyabrın 14-də Avropaya yola düşməli və plana görə, dekabrda çıxışlarını başa çatdırmalı idi. Lakin Madonna xəstəliyi səbəbindən turu təxirə salmalı olub. Müğənni ciddi bakterial infeksiyaya yoluxub və bir müddət reanimasiya şöbəsində qalıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki