image-ads_n1karobka_mobile
image-6907f3fa02e8bd3cdd1e441ebackend

Mahaçqalada toy zamanı havaya atəş açan 6 nəfər saxlanılıb

image-add-a-heading

Mahaçqalada toy zamanı restoranda ölümcül olmayan silahla havaya atəş açan 6 nəfər polis bölməsinə aparılıb.

Doğru.az xəbər verir ki, RİA Novosti məlumatına görə, Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qayana Qariyeva bildirib: “Travmatik tapançadan havaya atəş açılıb. Nəticədə atıcı, onun beş nəfərdən ibarət dəstək qrupu və dörd avtomobil polis bölməsinə aparılıb.”

Hazırda polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparır. Qeyd edək ki, yaz aylarında Qaraçay-Çərkəzdə və mart ayında Moskva üzrə digər hallarda da havaya atəş açan şəxslər saxlanılmışdı.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki