Fransa Prezidenti Emmanuel Makron və Polşanın Baş naziri Donald Tusk Avropa İttifaqının Ukraynaya dəstək sammitində medianın həddindən artıq diqqəti ilə üzləşiblər.
Doğru.az xəbər verir ki, mətbuat konfransı zamanı jurnalistlər siyasətçiləri əhatəyə alaraq onlara mikrofonlar tutublar. Tusk mediaya müraciət edərək: “Xahiş edirəm mənə hücum etməyin” deyib.
Makron isə mikrofonların daim hərəkət etməsindən və diqqətini cəmləşdirməsinə mane olmasından narazılığını bildirib. Polşa baş naziri həmçinin jurnalistləri avadanlıqları çox yaxına gətirməməyə çağırıb.
DOĞRU.AZ




























