İngiltərə Premyer Liqasının (APL) 13-cü turunun matçında “Everton”u 3:0 hesabı ilə məğlub edən “Mançester Yunayted” bu qələbə sayəsində İngiltərə çempionatında unikal nailiyyətə imza atıb.
Bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) Squawka məlumat yayıb.
“Mançester Yunayted” Premyer Liqada liqada 500 oyunda qapını təmiz saxlayan ilk klub oldu. Bu göstəricidə ikinci yerdə “Çelsi” (476) qərarlaşıb. “Liverpul” üçüncü yerdədir (460).
Mançester klubu 24 xalla İngiltərə çempionatının turnir cədvəlində altıncı yerdədir. Eyni zamanda, Erik ten Haqın komandası son altı oyunun beşində qələbə qazanıb – komanda yeganə məğlubiyyəti digər Mançester klubundan – Premyer Liqada 13 oyundan sonra 29 xalla turnir cədvəlində ikinci yerdə olan “Mançester Siti”dən alıb.
Mənbə: NTV Spor