image-ads_n1karobka_mobile
image-ria_8400850-hr-_1_-pic_32ratio_900x600-900x600-98479backend

MAQATE Zaporojya AES-də təhlükəsizlik vəziyyətinin yaxşılaşdığını elan edib

image-add-a-heading

Zaporojye AES-də təhlükəsizlik vəziyyəti getdikcə yaxşılaşır.

Bu barədə MAQATE-nin baş direktoru Rafael Qrossi brifinq zamanı danışıb və onun çıxışı agentliyin saytında dərc olunub.

“Bəli, gördüklərimə görə, vəziyyət yaxşılaşır, lakin dediyim kimi, hərbi münaqişənin olduğunu unutmaq olmaz”, – Qrossi deyib.

O izah edib ki, Zaporojjya AES-ə mümkün hücumlar stansiyanın işini poza bilər və orada çalışan mütəxəssislər buna təsir edə bilməz, ona görə də vəziyyətin sabitliyi qeyri-müəyyən olaraq qalır. Qrossi kimin hücumlarının stansiyaya zərər verə biləcəyini dəqiqləşdirməyib.

Mənbə: Haber Global


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki