Əl-Nasr və Portuqaliya millisinin hücumçusu Cristiano Ronaldo mükəmməllik ideyası ilə məşğuldur.
Bu barədə Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidmətinə məlumat verib.
“Çox futbolçu Kriştiano kimi zirvələrə çatmayıb, o, bir çox oyunçuya nümunədir. Və onun yaşında, o, hələ də yeni çağırışlara cavab verir. Ronaldo mükəmməlliyə meyllidir. Onun kimi futbolçular hər zaman yeni nəslə örnək olacaqlar.
Ötən mövsüm 39 yaşlı futbolçu Səudiyyə Ərəbistanı çempionatının bombardiri olub. O, “Əl-Nassr”ın heyətində 31 oyun keçirib və 35 qol vurub.
Mənbə: TRT Spor