Paris Saint Germain-in hücumçusu Kilian Mbappe komandasının Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Nyukasl”la oyunundakı çıxışını məyus adlandırıb.
Mbappenin sözlərini RMC Sport yayıb.
“Bu, məyusedicidir. Çempionlar Liqasında bu qədər fürsət əldə edib qol vura bilməzsən. Bu, struktur və ya təşkilat məsələsi deyil. Çalışmalıyıq ki, biz futbolçular. Qol vurmaq üçün imkanlarım oldu və qol vurmalıyam, bu aydındır. Dominant olduğumuzu gözü olan hər kəs gördü. Birinci olmaq bizim məqsədimizdir. Dortmundda qələbəyə hazırlaşacağıq”, – Mbappe bildirib.
Görüş İngiltərə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Mənbə: Sports.ru