Paris Sen-Jermen klubunun sabiq hücumçusu Kilian Mbappe 250 nəfərlik vida naharı verib ki, buna səbəb Fransa klubunda karyerasını bitirməsi olub.
Bu barədə Le Parisen qəzeti məlumat yayıb.
Mənbənin məlumatına görə, dəvət olunanlar arasında Fransa prezidenti Emmanuel Makron da olub. Şəxsi tədbir Parisin Eyfel qülləsinə baxan məşhur restoranlarından birində baş tutub.
Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Əvvəllər o, tələbəsi olduğu Monakonun rənglərini qoruyub. Mətbuatın yazdığına görə, 2024-cü ilin qışında forvard Fransa klubu ilə müqavilənin sonunda yayda Real Madridə keçməyə qərar verib.
Mənbə: NTV Spor