Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin iddialı futbolçuların Səudiyyə Ərəbistanına getməyə can atmayacağına inanır.
“Bildiyim qədər, Mbappe və Haaland Səudiyyə Ərəbistanını xəyal etmirlər. Düşünmürəm ki, ən yaxşı oyunçular Səudiyyə Ərəbistanına gedəcək.
Ora gedənləri eşidəndə onların kimə oynayacağını heç kim bilmir. Bu, əsasən, Avropa futbol ictimaiyyətini deyil, mətbuatı maraqlandırır.
Görəcəyik, amma baş verənlərin rəqabətimizi təhdid edə biləcəyinə bir an belə inanmıram”, – Ceferin bildirib.
Mənbə: Sports.ru