image-n1karobka_ads
image-123
image-17292637222560538236_1200x630-1backend

Media nümayəndələri Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olublar – FOTO

Oktyabrın 18-də media nümayəndələri Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, mediaturda Prezidentin köməkçisi Anar Ələkbərov və COP29 Təşkilat Komitəsinin üzvü, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, media qurumlarının rəhbərləri və jurnalistlər iştirak ediblər.

İştirakçılara COP29 məkanının tədbirə hazırlıq vəziyyətinə gətirilməsi barədə məlumat verilib. Media nümayəndələri ərazidə icra edilən tikinti-quraşdırma işləri ilə tanış olublar.

COP29 konfransının ilk günlərində baş tutacaq Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin təşkil ediləcəyi ərazidə olan iştirakçılar hazırlıq işləri barədə məlumatlandırılıb.

Tədbirin keçirildiyi məkan, media mərkəzində yaradılmış infrastruktur və qurğular, informasiya texnologiyaları və təhlükəsizliyi sahəsində icra olunan tədbirlər barədə də məlumatlar iştirakçılara çatdırılıb.

Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

image-17292637223568340517_1200x630 image-17292637222560538236_1200x630 image-17292637222560538236_1200x630-1 image-17292637224178635740_1200x630 image-17292637223231029268_1200x630 image-1729263722383575647_1200x630 image-1729263722100307387_1200x630 image-17292594314212729450_1200x630 image-17292594311291313190_1200x630 image-1729259431340031757_1200x630 image-17292594312161231869_1200x630 image-17292594315642351929_1200x630 image-1729259431524817768_1200x630 image-1729259431621202372_1200x630 image-1729259431829043708_1200x630 image-17292594312799535222_1200x630 image-17292594312250965136_1200x630 image-17292594311799821393_1200x630 image-17292594311989821612_1200x630 image-17292594316226411121_1200x630 image-17292594311225434428_1200x630 image-1729259431841939580_1200x630 image-17292594315466440029_1200x630 image-172925943131429710_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki