Medianın İnkişafı Agentliyi (MEDİA) onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edir.
Doğru.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.
Bildirilib ki, media reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.
Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə agentlik arasında həmin subyektlərin hər birinə aylıq 3 000 manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və altı ay müddətində qüvvədə olur.
Qeyd edək ki, müsabiqəyə 13 may 2025-ci il saat 18:00-dək müraciət etmək mümkündür.
Müsabiqənin qaydaları ilə buradan ətraflı tanış ola bilərsiniz.
DOĞRU.AZ