image-n1karobka_ads
image-123
image-a39d6a24-0ef2-43f3-8036-7c4ba1bc57c5backend

Meksikanın Azərbaycandakı səfirinin “LB Fashion School”a təşəkkür tədbiri keçirildi – Fotolar

Meksikanın Azərbaycandakı səfiri Viktoriya Romero “LB Fashion School”un təsisçisi Leyla Babazadəyə və məktəbin komandasına Meksikanın milli geyimlərini hazırlayıb təqdim etdiklərinə görə təşəkkür edib.

Doğru.az xəbər verir ki, keçirilən tədbirdə bir neçə qurumdan nümayəndələr, “LB Fashion School”un təsisçisi və əməkdaşları iştirak ediblər.

Tədbirdə Viktoriya Romero çıxış edərək deyib ki, Azərbaycanda Meksika mədəniyyətinin tanınması bizi  çox qürurlandırır.

Çıxışın ardından “LB Fashion School”un  nümayəndələrinə,  Leyla Babazadəyə və tələbələrə sertifikatlar təqdim edilib. 

“LB Fashion School”un təsisçisi Leyla Babazadə də söz alaraq səfirə minnətdarlığını ifadə edib. Həmçinin, ordumuzun antitterror əməliyyatı nəticəsində qazandığı qələbədən danışıb. Şəhidlərimizə Allahdan rəhmət diləyib.

Təəssüratlarını Doğru.az-la da bölüşən Leyla Babazadə açıqlamasında qeyd edib ki, təsisçisi olduğu məktəb artıq 8 ildir fəaliyyət göstərir və peşəyönümlü təhsil verir.

Gənclərə dərzilik, toxuculuq, moda eskizi, moda biznesi və onun idarə olunması öyrədilir. Kursu müvəffəqiyyətlə bitirənlər işlə təmin olunurlar. Habelə bir çox ölkələrin mədəniyyətini, geyimlərini öz milli geyimlərimizlə ya sintez edirik, ya da ərsəyə gətiririk. Budəfəki tədbirimiz də Meksika səfirliyi ilə baş tutdu.  Baş dizayneri mən olmaqla onların milli geyimlərini tələbələrimiz hazırladı. Düşünürük ki, qarşıda bizi başqa səfirliklərlə də belə tədbirlər gözləyir. Ümid edirəm ki, o layihələrə də birlikdə hazırlaşacağıq. Hər zaman vurğulayıram ki, bugünkü uğurumun qazanılmasında üzərimdə əziyyəti olanların haqqı danılmazdır ”, – o vurğulayıb.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki