image-2000x150px
image-123
image-ads_atlas
image-fb_img_1685127408903backend

“Məntiqlə düşün, uğur qazan” layihəsinin bağlanış mərasimi keçirilib

image-728x90px

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin “Fərdi layihə” kateqoriyası üzrə “Məntiqlə düşün, uğur qazan”  layihəsinin bağlanış mərasimi təşkil edilib.

Bağlanış mərasimində Qazax-Tovuz Regional Təhsil İdarəsinin İnzibati təşkilat sekorunun aparıcı məsləhətçisi Nəcibə Vəliyeva Qasımova  və Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Elşən Ələsgərov, layihə eksperti Səltənət Qurbanova, məktəb  direktorları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Layihə rəhbəri Xəyal Nəsibov layihə ilə bağlı təqdimatla çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə inkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olmuş “Məntiqlə düşün, uğur qazan” layihəsi çərçivəsində müxtəlif məktəblərdən seçilmiş 26 nəfər 5-ci sinif, 32 nəfər 6-cı sinif 8 nəfər 7-ci sinif olmaqla ümumilikdə 66 nəfər şagirdin iştirakı ilə təlimlər keçirilmişdir.

Təlimlərin əsas məqsədlərindən biri də Elm və Təhsil Nazirliyini hər il təşkil etdiyi 5-ci sinif şagirdlərini Lütfi Zadə adına məntiq olimpiadasına və 6-7-ci sinif şagirdlərini isə Fənn müsabiqələrinə hazırlamaq olmuşdur. Təlim boyu hər ayın sonu sınaq imtahanları təşkil olunmuşdur və yekunda Bilik yarışı təşkil olunmuş ən yüksək nəticə göstərən 12 şagird layihə rəhbəri Xəyal Nəsibov tərəfindən Fəxri fərman və müxtəlif hədiyyələrlə təltif olunmuşdurlar.

30 Aprel 2023-cü ildə Elm və Təhsil Nazirliyinin 5-ci sinif şagirdləri üçün təşkil etdiyi Lütfi Zadə adına məntiq olimpiadasına qoşulmuş 21 nəfər 5-ci sinifdən 13 işirakçı (62%) 38 nəfər 6 və 7-ci sinif şagirdindən 19 şagird ( 50%), ümumilikdə imtahanda iştirak etmiş 59 şagirddən 32 şagird (54,2%) yarım finala keçmişdir. 5-ci sinif şagirdləri arasında Lütfi Zadə Məntiq olimpiadasında Qazax-Tovuz Regional Təhsil idarəsi üzrə ikinci, Şəmkir rayonu üzrə ən yüksək balıda (27,5 bal – 91,7%) Şəmkir rayonu N. Nərmanov adına tam otra məktəbin şagirdi, layihə iştirakçısı Muxtarlı Zəhra Zabil qızı toplamışdır. Həmin məkəbin digər şagirdi layihə iştirakçısı Əhmədov Mərdan Zöhrab oğlu isə 26,25(87,5%) balla üçüncüdür.

Məlumdur ki, 6 və 7-ci sinif şagirdləri üzrə Fənn Müsabiqəsində 25 sual müəyyən olunmuş fənlərdən 25 sual isə məntiqdən olur. Yarım finala keçən şagirdlərin nəticəsini araşdıranda məlum oldu ki, 59,5 balla Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 3-cü Şəmkir rayonu üzrə ikinci yeri tutan layihə iştirakçısı, Nizami Gəncəvi adına şəhər tam ota məktəbin 7-ci sinif şagirdi Məmmədova Xədicə Təbriz qızı Məntiq üzrə 25 sualdan 20 suala düzgün cavab verərək 38,5 bal toplamışdır. Qeyd edildiyi kimi iştirakçının 59,5 balının 38,5 (65%) balı məntiqdən olmuşdur. Digər yarım finala keçən layihə iştirakçısı M, Füzuli adına məktəb-liseyin 6-cı sinif şagirdi olan Zeynalov Ramal Vasif oğlu topladığı 47,5 balın 32,5 balını məntiqdən toplayaraq məntiq üzrə Qazax-Tovuz RTİ üzrə 5-ci Şəmkir rayonu üzrə 3-cü olmuşur.

Şəmkir rayon Kimya-Biologiya təmayüllü liseyin ulu Öndər Heydər Əliyevin 100 illik yubleyi ilə əlaqədar 250 nəfər 5 və 6-cı siniflər arasında keçirdiyi məntiq yarışında N. Nərmanov adına tam orta məktəbin 5-ci sinif şagirdləri, layihə iştirakçıları Əhmədov Mərdan Zöhrab oğlu 5-ci siniflər arasında 95 balla birinci, Muxtarlı Zəhra Zabil qızı isə 85 balla ikinci F.Salmanov adına tam orta məktəbi şagirdi Quluzadə Sənan İbrahim oğlu isə 81 balla üçüncü olmuşdur. 6-cı siniflər arasında isə F.Salmanov adına tam orta məktəbin 6-cı sinif şagirdi Məmmədov Rəşad Ramin oğlu 86 Balla birinci, həmin məktəbin digər şagirdi Əsgərov Ömər Raul oğlu isə 85 balla ikinci olmuşdur.

Layihənin yekun qiymətləndirmə imtahanında F. Salmanov adına tam orta məktəbin 6- cı sinif şagirdi Məmmədova Fatimə Təbriz qızı 100 baldan 95 bal toplamışdır.

Bütün yuxarıda qeyd olunan təhlilin nəticəsini nəzərə alaraq onu deyə bilərəm ki, layihə çox uğulu və faydalı olmuşdur. Ümidvaram ki ümumilikdə yarımfinala keçən 32 layihə iştirakşısı arasında qaliblərimizdə olacaq. Layihə məktəblər, valideyinlər və şagirdlər arasında çox böyük maraqla qarşılanıb. Hətta layihənin davamlılığı ilə bağlı təkliflər olunub.

Digər qonaqlar da layihənin uğurla tamamlanması münasibəti ilə iştirakçıları təbrik etmiş və layihənin təqdirəlayiq olmasını vurğulayıblar.

Daha sonra layihə çərçivəsində görülmüş işlərə dair videoçarx iştirakçılara təqdim olunub.

Sonda qrant layihə iştirakçılarına sertfikatlar və hədiyyələr təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki