Doğru.az xəbər verir ki, müğənni “Kansas City Chiefs”in ulduz oyunçusu, üçqat Super Bowl qalibi Trevis Kels ilə münasibətini rəsmiləşdirib.
Taylor Svift sosial şəbəkədə paylaşım edərək zarafatla “Sənin ingilis dili müəlliminlə idman zalı müəllimin evlənir” sözlərini yazıb. O, həmçinin nişan mərasimindən təsirli fotoları izləyiciləri ilə bölüşüb.
Mərasim meşəlik ərazidə keçirilib. Hər iki məşhur 35 yaşındadır və münasibətlərini 2023-cü ildə elan etmişdilər.
Qeyd edək ki, bundan əvvəl şahmat üzrə dünya çempionu Maqnus Karlsenin Blits üzrə Dünya Çempionatında qələbədən dərhal sonra evləndiyi barədə xəbərlər yayılmışdı.
DOĞRU.AZ