image-2000x150px
image-123
image-ads_atlas
image-1_71625858793backend

Məşhurların dəbdəbəli bağ evləri – FOTOLAR

image-728x90px

Yerli şou-biznes nümayəndələri ifa etdikləri mahnıları və təqdim etdikləri layihələri qədər şəxsi həyatları, maşınları və mülkləri ilə də gündəmdən düşmürlər. Onlar gəlirlərinin böyük hissəsini bahalı avtomobillərə və lüks villalara yatırırlar.

Bir çox məşhurlar Bakı ətrafı ərazilərdə yerləşən malikanələr alsalar da, rayonlarda da özünə bağ evi seçən sənətçilər az deyil.

Doğru.az BAKU.WS-ə istinadən şou əhlinin bir-birindən bahalı və dəbdəbəli bağ evlərini təqdim edir:

Xalq artisti Flora Kərimova dəbdəbəli bağ evi olan məşhurlardandır. Sənətçi villasını öz zövqünə uyğun dizayn etdirib. Əvvəl onun villası bir mərtəbəli olub, daha sonra övladı Zümrüdə görə ikinci və üçüncü mərtəbəni də inşa etdirib. Flora Kərimovanın 3 mərtəbəli bağ evində külək dəyirmanı da var. Onun bağında müxtəlif meyvə ağacları yetişdirilir.

Məşhurların dəbdəbəli bağ evləri - FOTOLARƏməkdar artist Vasif Məhərrəmlinin dəbdəbəli bağ evi Qazax rayonunda yerləşir. Sənətçi atasından qalan mənzili genişləndirərək iki mərtəbəli villa halına salıb. Vasif açıqlamalarından birində Qazaxda yerləşən malikanəsində beşulduzlu otel şəraitini yaratdığını qeyd edib.

Məşhurların dəbdəbəli bağ evləri - FOTOLARXalq artisti Səməd Səmədovun da bahalı malikanəsi var. Fatmayi qəsəbəsində yerləşən bağ evi həyətinin genişliyi və meyvə ağaclarının çoxluğu ilə diqqət çəkir. Səməd bağ evində bahalı itlər də saxlayır. Təbii qidalara üstünlük verən Səməd müxtəlif tərəvəz və bostan bitkiləri də yetişdirir.

Məşhurların dəbdəbəli bağ evləri - FOTOLARMüğənni Manaf Ağayevin isə lüks malikanəsi Buzovnada yerləşir. 3 mərtəbədən ibarət villanın qiymətinin milyon dollardan çox olduğu bildirilir. Müğənni tez-tez sosial şəbəkə hesabında bahalı evindən çəkilən fotolarını yayımlayır. Manafın bağ evində milyonluq avtomobilləri də var.

Məşhurların dəbdəbəli bağ evləri - FOTOLARXalq artist Nəzakət Teymurova da dəbdəbəli bağ evi olan məşhurlar sırasındadır. Sənətçinin malikanəsindəki lüks hovuz xüsusi diqqət çəkir. Teymurova bağında tərəvəz əkir, hətta toyuq-cücə də saxlayır.

Məşhurların dəbdəbəli bağ evləri - FOTOLARƏməkdar artist Abbas Bağırovun dəbdəbəli bağ evi isə Gəncədə yerləşir. O da həmkarı Vasif Məhərrəmli kimi ata evini genişləndirib və dəbdəbəli bağ evinə çevirib. Abbas bir neçə dəfə verilişlərdə lüks malikanəsini nümayiş etdirib.

Məşhurların dəbdəbəli bağ evləri - FOTOLAR

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki