Argentina millisinin hücumçusu Lionel Messi Analar Gününü qeyd etmək üçün milli komandadan ayrılıb.
Bu barədə “La Gaceta” məlumat yayıb.
Oktyabrın 15-də Messi milli komandanın məşqində iştirak edib, sonra ailəsi ilə birlikdə Analar Gününü qeyd etmək üçün şəxsi təyyarəsi ilə doğulduğu Rosario şəhərinə gedib. Argentinada bu bayram oktyabrın 15-də qeyd olunur.
Messi bir neçə gündən sonra milliyə qayıdacaq, o, Peru millisi ilə 2026-cı il dünya çempionatının seçmə mərhələsində iştirak edə biləcək. Oyun oktyabrın 18-də baş tutacaq.
Mənbə: NTV Spor